İcarəyə verilir 2 otaqlı həyət evi/bağ evi 85 m²
Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsində həyət evi kirayə verilir!
Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsində yerləşən ərazidə 1 sot həyətyanı sahəsi olan, 2 mərtəbəli həyət evi kirayə verilir.
Ev mətbəx-studiya və 2 yataq otağından ibarətdir. Rahat və komfortlu yaşayış üçün əlverişli planlaşdırmaya malikdir.
Ərazi olduqca sakit və təhlükəsiz məhəllədə yerləşir. Məhəllə 7/24 müşahidə kameraları ilə nəzarət olunur. Sakit və mehriban qonşuların yaşadığı bu ərazi ailəvi yaşayış üçün ideal seçimdir. Ev əsas yoldan və Rahat Marketdən cəmi 400 metr məsafədə yerləşir ki, bu da gündəlik ehtiyaclarınızı rahatlıqla qarşılamağa imkan yaradır.
Mənzil yalnız ailəli şəxslərə kirayə verilir. Xahiş olunur, yalnız ailəli şəxslər müraciət etsin.
Aylıq kirayə qiyməti: 650 AZN.
Əlavə məlumat almaq və evə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz.