Xətai rayonunda, Həzi Aslanov metrosuna yaxın, şəhər və dəniz mənzərəli 2 otaqlı mənzil satışda!
Ofis haqqı: 1%
Bakı şəhəri, Xətai rayonu, 62 nömrəli marşrut avtobusunun son dayanacağında yerləşən Leninqrad layihəli 9 mərtəbəli binanın 9-cu mərtəbəsində ümumi sahəsi 65 kv.m olan qanuni 2 otaqlı mənzil satışa təqdim olunur.
Mənzilin çıxarışı (kupçası) mövcuddur və ipoteka üçün uyğundur.
Mənzilin qonaq otağı və sanitar qovşağı zövqlə təmir olunub. Digər otaq, mətbəx və dəhliz təmirsiz olduğundan yeni sahibi öz zövqünə uyğun dizayn edə bilər. Mənzil künc (uqlovoy) deyil, bu isə istilik və komfort baxımından üstünlük yaradır.
Üstünlükləri:
Qanuni 2 otaq
Ümumi sahə – 65 kv.m
Çıxarış (kupça) var
Qaz, su və işıq daimidir
Sanitar qovşağında ehtiyat su çəni quraşdırılıb
Kabel televiziyası mövcuddur
Yeni və fasiləsiz işləyən lift
Geniş balkon
Balkondan şəhər və dənizə möhtəşəm panoramik mənzərə
Binanın həyəti abadlaşdırılıb. Arxa hissədə geniş yaşıllıq zonası və uşaq oyun meydançası yerləşir. Həyətdə avtomobil saxlamaq üçün kifayət qədər parkinq yerləri mövcuddur. Ərazi sakit, təhlükəsiz və ailə həyatı üçün olduqca əlverişlidir. Yaxınlıqda 35-ci Polis Bölməsi fəaliyyət göstərir.
İnfrastruktur:
Həzi Aslanov metro stansiyasına piyada cəmi 10–12 dəqiqə
48 və 98 nömrəli tam orta məktəblər
Bir neçə uşaq bağçası
Supermarketlər
Apteklər
Kafe və digər iaşə obyektləri
İctimai nəqliyyata rahat çıxış
Bu mənzil həm yaşayış, həm də gələcək investisiya üçün ideal seçimdir. Sənədləri tam qaydasındadır.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.